[b]“Keşlə”də daha 3 futbolçu ilə bağlı qərar verildi[/b]
21.12.2017 - 13:18
[b]“Keşlə”də daha 3 futbolçu ilə bağlı qərar verildi[/b]

Dövrələrarası fasilə yaranan kimi, İlkin Qırtımov və Elnur Abdullayevlə yollarını ayıran “Keşlə”də daha 3 futbolçunun taleyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, onlarla müqayisədə digər 3 oyunçu fərqli qərar qəbul edib.

 

Söhbət komandanın mərkəz müdafiəçiləri Adrian Skarlatake, Denis Silva və Tərlan Quliyevdən gedir. Klubla müqavilə müddəti mövsümün sonuna qədər olan adıçəkilən futbolçularla rəhbərlik arasında görüş müsbət nəticələnib. Razılığa əsasən, hər 3 oyunçu müqaviləyə sadiq qalacaq.

 

Qeyd edək ki, “Keşlə” qış fasiləsinə Premyer Liqanın 7-ci pilləsində yollanıb.