“Keşlə”nin qış təlim-məşq toplanışındakı daha bir rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Neftçi” ilə üz-üzə gələcək.
Yanvarın 5-də bir araya gələcək Yuri Maksimovun kollektivi iki həftəlik Bakı toplanışı çərçivəsində 2 yoxlama görüşü keçirəcək. Yeni baş məşqçi komandanı yanvarın 14-də “Neftçi” ilə görüşdə sınayacaq. Komanda, həmçinin I divizion təmsilçisi “Qaradağ Lökbatan”la da üz-üzə gələcək. Lakin bu matçın tarixi hələ razılaşdırılmayıb.
Qeyd edək ki, hazırlığın ikinci mərhələsi çərçivəsində yanvarın 23-də Türkiyəyə getməyi planlaşdıran “Keşlə” fevralın 2-dək orda qalacaq. Bakılıların qardaş ölkədə Makedoniya “Rabotniçki”si (26 yanvar) və Rusiya “Yenisey”i (1 fevral) ilə qarşılaşması gözlənilir. 3-cü rəqibin kimliyi isə hələ bəlli deyil.