[b]“Keşlə”nin futbolçusu əməliyyat olunacaq[/b]
02.04.2018 - 10:17
[b]“Keşlə”nin futbolçusu əməliyyat olunacaq[/b]

“Keşlə”nin futbolçusu Cabir Əmirli əməliyyat olunacaq. Bu barədə apasport.az saytına məlumatı klubun mətbuat katibi Səbuhi Məmmədov verib.

 

O bildirib ki, gənc müdafiəçi bu həftə Almaniyaya yollanacaq. Adıçəkilən ölkədə əməliyyat olunacaq futbolçu ən azı 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.

 

Qeyd edək ki, Cabir Əmirli U-21 millimizin Avropa çempionatının seçmə mərhələsinin Kosovo ilə matçında zədələnib. Sol cinah oyunçusu yığmanın düşərgəsində sıradan çıxdığı üçün bütün əməliyyat xərclərini AFFA qarşılayacaq.