[b]“Komandaya bir qədər vaxt lazımdı” – Vəli Qasımov[/b]
07.07.2016 - 22:07
[b]“Komandaya bir qədər vaxt lazımdı” – Vəli Qasımov[/b]

“Rəqibin bura gəzməyə gəlmədiyini bilirdik. 3 gün öncədən gəlmişdilər”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.

 

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk görüşdə “Baltsan” üzərində Maltada 2:0 hesablı qələbə qazanan paytaxt təmsilçisi evdə məğlub olsa da, turu keçən tərəf olub.

 

Qasımov qarşılaşmadan sonra baş tutan mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Bu gün ikinci hissədə əziyyət çəkdik. Xüsusən də, qoldan sonra özünəinamı itirdik. Bir az bəxtimiz gətirdi. Komanda yenidi, inanıram ki, getdikcə vəziyyət düzələcək”.

 

- Belə oyunla nəyə ümid edirsiz?

- İlk oyunda daha yaxşı oynamışdıq. 5-6 qol vura bilərdik. Onlar burda hücum futbolu oynadılar. Bütün matçlar eyni olmur.

 

- Müdafiə ilə yarımmüdafiiə arasında əlaqə yox idi. Bu problemi necə yoluna qoyacaqsız?

- Uşaqların yorulmağı normaldı. Düzdü, orta sahədə anlaşmazlıq var idi. Hücumda oynayanlar köməyə lazımınca gəlmədilər.

 

- Bəlkə futbolçular rəqibə ciddi yanaşmadılar?

- Maltadan gələndən danışırdıq ki, ciddi yanaşmaq lazımdı. İkinci hissədə bu baxımdan bir qədər əziyyət çəkdik.

 

- Müdafiədə sanki boşluqlar var idi...

- Bəzi oyunçular topu ayaqlarında çox saxlayırdılar. Amma müdafiədə böyük problem yox idi. Onlar da topu irəli vururdular, hücumçuları da ucaboy olduğundan, rahat oynayırdılar.

 

- Rəqib penaltini vura bilsədi, “Baltsan” mərhələ adlaya bilərdi. Belə olsaydı, nə şərh gətirəcəkdiz?

- Çox pis. Məncə, biz yaxşı yoldayıq. Bu gün əsas odu ki, mərhələ adladıq. Komandaya bir qədər vaxt lazımdı.

 

- Yeni transfer olacaqmı?

- Hücumçu axtarırıq. İstəyirik bir hücumçu alaq. İrəlidə qol vuran yoxdu.

 

- Ruslan Qurbanovun əvəzinə Cavid İmamverdiyevi meydana buraxmağınız nə ilə bağlı idi?

- Topu ayaqda saxlamağı düşündük. Cavid də bunu bacaran oyunçudu. Bu dəyişikliklə sırf topa nəzarət etmək məqsədi güdürdük.

0