[b]“Liverpul”un 90 milyonluq istəyi[/b]
21.12.2017 - 01:27
“Liverpul” “Barselona”ya satmağa hazırlaşdığı Filip Koutinyonun əvəzləyicisini də tapıb. Apasport.az saytının məlumatına görə, Mersisayd təmsilçisi Tom Lemarı heyətinə qatmaq istəyir.
Artıq “Monako”ya yarımmüdafiəçi üçün təklif də göndərilib. Britaniya mətbuatında gedən xəbərlərə görə, “Liverpul” baş məşqçi Yürgen Kloppun uzun müddətdir izlədiyi oyunçu üçün 90 milyon funt-sterlinq ödəməyə hazırdır. Keçidin “qış transfer pəncərəsi”ndə başa çatması gözlənilir.
Qeyd edək ki, Lemarla “Arsenal” və “Çelsi” də maraqlansa da, futbolçu özü “Liverpul”a keçməyi istəyir.
0
0