[b]“Liverpul”un Canı gedir?[/b]
27.04.2018 - 15:35
“Liverpul”la olan müqavilə müddəti yayda bitəcək Əmrə Canın komandada qalmaq ehtimalı yaranıb. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, alman futbolçu klubla yeni saziş imzalaya bilər.
Uzun müddətdi rəhbərliklə müqavilənin şərtlərini razılaşdıra bilməyən Canın yay “transfer pəncərəsi”ndə azad agent qismində komandadan ayrılacağı gözlənilirdi. Ancaq “Liverpul”un Çempionlar Liqasındakı uğurlu çıxışı onun qərarına təsir edib. Artıq Can klubla müqavilə müddətini uzatmağa müsbət yanaşır.
Qeyd edək ki, “Yuventus” və “Bavariya” Əmrə Canın xidmətində maraqlıdı.
0
0