[b]“Liverpul”un müdafiəçisi “Real”la oyunu buraxacaq[/b]
08.05.2018 - 18:17
[b]“Liverpul”un müdafiəçisi “Real”la oyunu buraxacaq[/b]

“Liverpul”un müdafiəçisi Co Qomes Çempionlar Liqasının (ÇL) final matçını buraxacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb gənc oyunçunun zədəli olmasıdı.

 

İngiltərə yığmasının heyətində Hollandiya ilə yoldaşlıq görüşündə (1:0) xəsarət alan 20 yaşlı oyunçu indiyə qədər iynələrin köməkliyi ilə meydana çıxıb. Klubun həkimi isə onun əməliyyat edilməsinin qaçılmaz olduğunu söyləyib. Qomesin sağalma prosesi barədə məlumat verilməsə də, onun “Real”la final görüşünə qədər hazır olmayacağı dəqiqdi. Hətta futbolçunun dünya çempionatını buraxmaq təhlükəsi də var.

 

Qeyd edək ki, Çempionlar Liqasının final qarşılaşması mayın 26-da Kiyevdə keçiriləcək.