[b]“Liverpul”un müdafiəçisi mövsümü bitirdi[/b]
03.04.2018 - 18:11
[b]“Liverpul”un müdafiəçisi mövsümü bitirdi[/b]

“Liverpul” futbolçusu Joel Matipin xidmətlərindən məhrum olub. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, kamerunlu müdafiəçi zədələnib.

 

Hadisə İngiltərə Premyer Liqasının XXXII turu çərçivəsində “Kristal Pelas”la oyunda baş verib. Tibbi müayinədən keçən 27 yaşlı futbolçu əməliyyat olunacaq. Həkimlər onun mövsümü erkən qapatdığını açıqlayıb.

 

Qeyd edək ki, Matip cari mövsüm 25 oyunda forma geyinib.