[b]Yuri Syominli “Lokomotiv”in tarixində 3-cü çempionluq[/b]
05.05.2018 - 23:01
Rusiya Premyer Liqasında 2017-18 mövsümünün çempionu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, XXIX turun oyunlarından sonra “Lokomotiv” qızıl medalları qazanıb.
“Zenit” üzərində 1:0 hesablı qələbə qazanan “dəmiryolçular” son tur öncəsi ən yaxın izləyicisi “Spartak”ı (Moskva) 4 xal qabaqlayır. Bu isə o deməkdi ki, “Lokomotiv” tarixində 3-cü dəfə qızıl medallara layiq görülüb.
Bu komanda həm də 14 ildən sonra ölkə çempionu olmağı bacarıb. Maraqlıdı ki, cari mövsüm olduğu kimi, 2002 və 2004-cü illərdə də “Loko” Yuri Syominin rəhbərliyi altında finişə birinci çatıb.
0
0