[b]“Mançester Siti” Jorjinyonun transferini razılaşdırdı[/b]
30.05.2018 - 16:28
[b]“Mançester Siti” Jorjinyonun transferini razılaşdırdı[/b]

“Napoli”nin yarımmüdafiəçisi Jorjinyo böyük ehtimalla karyerasını “Mançester Siti”də davam etdirəcək. Apasport.az saytının “Calcio Napoli 24”ə istinadən məlumatına görə, klublar arasında transferin məbləği razılaşdırılıb.

 

“Napoli” 10 milyon avro güzəştə getməyə razılıq verib. Beləliklə, keçid “şəhərlilər”ə 50 milyon avroya başa gələcək.  Bununla yanaşı, bonuslar da nəzərdə tutulub.

 

Bu gün Jorjinyonun agenti Joao Santos və “Napoli”nin idman direktoru Kristiano Ciuntolinin görüşüb, keçidin yekun detallarını müzakirə edəcəkləri gözlənilir.

 

Geridə qalan mövsümdə İtaliya A Seriyasında 33 matçda meydana çıxan Jorjinyo 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.