[b]“Mançester Siti” Marezin transferini bitirmək üzrədi[/b]
29.05.2018 - 11:15
[b]“Mançester Siti” Marezin transferini bitirmək üzrədi[/b]

“Lester”in yarımmüdafiəçisi Riyad Marez karyerasını “Mançester Siti”də davam etdirməyə yaxındı. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “şəhərlilər” transferi həftə sonuna kimi reallaşdıra bilərlər.

 

“Mançester Siti” Marezə görə 75 milyon funt sterlinq ödəməyə hazırdı. Transfer danışıqlarının uzun müddət davam etməsini sevməyən baş məşqçi Pep Qvardiola keçidin həftə sonuna qədər rəsmiləşməsində xüsusi maraqlıdı. Hazırda idman direktoru Çiki Beqiristayn yekun detalları razılaşdırmaq üzrədi.

 

Qeyd edək ki, “Mançester Siti” qış “transfer pəncərəsi”ndə Marezi heyətinə qatmaq istəsə də, “Lester”in əlcəzairli futbolçunun qarşılığında 95 milyon funt sterlinq tələb etməsi transferin həyata keçməsinə mane olmuşdu.