[b]“Mançester Siti” müqavilə imzalamadı, İspaniyaya gedir[/b]
31.07.2017 - 19:42
[b]“Mançester Siti” müqavilə imzalamadı, İspaniyaya gedir[/b]

“Mançester Siti”dən ayrılacağı dəqiqləşmiş Xesus Navas karyerasını vətənində davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi İspaniyaya qayıdıb.

 

O, vaxtilə uzun müddət şərəfini qoruduğu “Sevilya”da çıxış edəcək. Bu barədə İspaniyanın AS nəşri xəbər yayıb. Bildirilib ki, Navas Əndəlus təmsilçisində ilinə 2 milyon avro qazanacaq.

 

Yarımmüdafiəçinin “Mançester Siti” ilə müqavilə müddəti başa çatdığından, yeni klubu onun üçün haqq ödəməyəcək.

 

Qeyd edək ki, Navas 2003-2013-cü illər aralığında “Sevilya”nın uğurları üçün çalışıb.