“Mançester Siti” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, “şəhərlilər” buna Premyer Liqanın XXXV turundan təxirə salınmış matçında nail olub.
Belə ki, hazırda davam edən “Brayton”la görüşdə 3:1 hesabı ilə öndə olan Pep Qvardiolanın yetirmələri cari mövsüm qollarının sayını 105-ə çatdırıb. Bu isə 1992-ci ildən bəri Premyer Liqa adlanan yarışda yeni rekorddu. Buna qədər ən yaxşı göstərici “Çelsi”yə məxsus idi (2009-10 mövsümü – 103 qol).
Qeyd edək ki, İngiltərə çempionatları tarixinin rekordu isə 1962-63 mövsümündə qırılıb. Həmin vaxt “Tottenhem” yüksək liqada 111 qola imza atmışdı.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu