Transfer çalışmalarını davam etdirən “Liverpul” “Mançester Yunayted”in futbolçusuna “elçi düşüb”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “mersisaydlılar” belçikalı yarımmüdafiəçi Maruan Fellainini rənglərinə bağlamaq istəyir.
“Qırmızılar”ın baş məşqçisi Yurgen Klopp bu keçidin reallaşmasında əsas maraqlı tərəfdi. Alman mütəxəssis Əmrə Canın “Yuventus”a mümkün transferində onun boşluğunu Fellaini ilə doldurmaq fikrindədi.
31 yaşlı oyunçu PSJ, “Monako” və “Beşiktaş”ın da “radar”ındadı. Məlumata görə, futbolçunun özü isə İngiltərədə qalmaq istəyir.
Qeyd edək ki, Maruan Fellaini bu mövsüm ümumilikdə “Mançester Yunayted”in heyətində 19 oyunda 4 qol vurub.