[b]“Mançester Yunayted”dən Dibalaya təklif[/b]
27.12.2017 - 17:42
“Yuventus”un futbolçusu Paulo Dibala karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı “Daily Star” nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçunun xidmətində “Mançester Yunayted” maraqlıdı.
“Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo rəhbərliklə söhbətində Dibalanın alınmasını tələb edib. Premyer Liqa təmsilçisi 24 yaşlı forvardla danışıqlara start verib.
Bu keçid 60 milyon funt-sterlinq civarında dəyərləndirilir.
Qeyd edək ki, Paulo Dibala 2015-ci ildən “Yuventus”un formasını geyinir. O, “qoca sinyora”nın heyətində ümumilikdə 119 oyunda 57 qola imza atıb.
0
0