[b]“Mançester Yunayted”in gözü “Tottenhem”in futbolçusunda[/b]
24.04.2018 - 15:09
[b]“Mançester Yunayted”in gözü “Tottenhem”in futbolçusunda[/b]

“Mançester Yunayted” sol cinah müdafiəçisi axtarışlarını davam etdirir. Apasport.az saytının “Guardian”a istinadən məlumatına görə, “qırmızı şeytanlar” “Tottenhem”də çıxış edən Denni Rouzun xidmətində maraqlıdı.

 

Rouz uzun müddətdi “Tottenhem”i kuboklar qazana biləcəyi bir kluba dəyişmək istəyir. İngilis futbolçunun şəxsi istəyinin bu yöndə olması “Mançester Yunayted”in işini asanlaşdıra bilər.

 

Joze Mourinyo yayda müdafiənin sağını da gücləndirmək niyyətindədi. Portuqaliyalı mütəxəssis növbəti mövsüm “Mançester Siti” ilə mübarizə apara bilmək üçün bu addımların həyati önəm daşıdığını düşünür.