[b]“Mançester Yunayted”in oyunçusu vətəninə qayıdır[/b]
20.12.2017 - 22:23
[b]“Mançester Yunayted”in oyunçusu vətəninə qayıdır[/b]

“Mançester Yunayted”in müdafiəçisi Mateo Darmian karyerasını vətənində davam etdirə bilər. Apasport.az saytının məlumatına görə, italiyalı futbolçu ilə “Napoli” maraqlanır.

 

“SKY Sports”da yer alan xəbərlərdə artıq iki klub arasında danışıqların başladığı bildirilib. Tərəflərin hələlik satış, yoxsa icarə qaydasında anlaşacaqları bəlli deyil.

 

Qeyd edək ki, daha əvvəl Britaniya mətbuatında “qırmızı şeytanlar”ın Darmianı sata biləcəyi haqqında informasiyalar yayımlanmışdı.