[b]“Marafon Futsal” da "yüz"ü aşdı[/b]
11.05.2018 - 16:57
[b]“Marafon Futsal” da "yüz"ü aşdı[/b]

Bu gün Yüksək Liqada XXII turdan təxirə salınmış “Marafon Futsal” – “FK. İtaldizain Futsal” qarşılaşması keçirilib. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, 5:5 hesablı heç-heçə ilə başa çatan oyun mövsüm ərzində 100 qol səddini keçən dördüncü komandanı müəyyənləşdirib.

 

Gümüş medalı qazanan debutant bu duelə qədər 96 qol vurub. Elyas Baratinin 23-cü dəqiqədə vurduğu qol komandasının Yüksək Liqada 100-cü qolu olub.

 

Qeyd edək ki, artıq 4 komanda aktivindəki qolların sayına görə 100-ü keçib. Ən çox fərqlənən isə “Araz”dır. Alesionun yetirmələri hamıdan çox – 143 dəfə rəqib torunu silkələyib. “FK. İtaldizain Futsal” bu göstəricidə ikinci pillədə yer alıb. “Marafon Futsal” 101, EKOL isə 100 qol vurub.