“Tottenhem”in baş məşqçisi Maurisio Poçettino gələcəyi barədə danışıb. Apasport.az saytının “Sky Sports”a istinadən məlumatına görə, argentinalı mütəxəssis komandada qalıb-qalmayacağının ondan asılı olmadığını vurğulayıb.
“Klubla yeni müqavilə imzalamaq? Bu sual Deniel Leviyə ünvanlanmalıdı. Mən Venger, ya da Ferqyuson deyiləm ki, gələcəyim öz əlimdə olsun. Klub daxilində təkcə heyətləri mən müəyyənləşdirirəm. Geri qalan hər şey Denieldən asılıdı. Mən məvacibimin artırılmasını, müqaviləmin uzadılmasını tələb edəcək biri deyiləm” – deyə, Poçettino bildirib.
Qeyd edək ki, Maurisio Poçettinonun “Tottenhem”lə olan müqaviləsi 2021-ci ilin yayında bitir.