[b]“Meydanı qol buraxmadan tərk etməliyəm” – Roman Vaydenfeller[/b]
21.10.2015 - 16:22
[b]“Meydanı qol buraxmadan tərk etməliyəm” – Roman Vaydenfeller[/b]

“Bakıdakı oyunda bizim üçün 2 vacib amil var: qələbə qazanmaq və qol buraxmamaq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Borussiya”nın qapıçısı Roman Vaydenfeller deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah “Qəbələ” ilə qarşılaşacaq Dortmund təmsilçisi Bakıya gəlib.

 

Ölkəsinin mətbuatına qısa açıqlama verən Vaydenfeller iddialı danışıb. O bildirib ki, Bakıdakı görüşdə qələbədən başqa nəticəni düşünmürlər: “Biz Bakıya 3 xal dalınca gedirik. Bu istəyimizi reallaşdıracağımıza inanıram. Başqa nəticə bizi qane etməyəcək. Mənim üçün ikinci vacib məsələ isə qapımın toxunulmazlığını saxlamaqdı. Meydanı qol buraxmadan tərk etməliyəm”.

 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək “Qəbələ” – “Borussiya” qarşılaşması saat 20:00-da start götürəcək.

 

0