İtaliya kubokunda 1/4 final mərhələsinin iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, “Latsio”dan sonra “Milan” da adını yarımfinala yazdırıb.
“Rossonyerlər” əzəli rəqibləri “İnter”i mübarizədən kənarlaşdırıb. Patrik Kutronenin əlavə olunmuş dəqiqələrdə vurduğu yeganə qol “Milan”ı yarımfinala daşıyıb. Cennaro Qattuzonun komandası növbəti mərhələdə "Latsio" ilə qarşılaşacaq.
1/4 final mərhələsinin digər iki oyunu isə yanvarın 2-də və 3-də keçiriləcək.
İtaliya Kuboku
1/4 final mərhələsi
“Milan” – “İnter” – 1:0
Qol: Kutrone, 104
“Latsio” – “Fiorentina” – 1:0
Qol: Luliç, 6
2 yanvar
“Napoli” – “Atalanta”
3 yanvar
“Yuventus” – “Torino”