[b]“Milan” keçmiş “Beşiktaş”lını istəyir[/b]
30.05.2018 - 22:18
[b]“Milan” keçmiş “Beşiktaş”lını istəyir[/b]

“Milan” heyətinə yeni müdafiəçi cəlb etməyə hazırlaşır. Apasport.az saytının məlumatına görə, “rassionerilər” Marselo Qedesi almaq istəyir.

 

İtaliyalılar “Lion”un müdafiəçisi üçün 12 milyon avro ödəməyə hazırdı.

 

31 yaşlı futbolçu ötən mövsümün əvvəlində 7 milyona “Beşiktaş”dan “Lion”a keçmişdi.

 

Braziliyalı arxa xətt oyunçusu son mövsümdə şans qazandığı 49 oyunda 5 qol vurub, 1 məhsuldar ötürmə edib.