Çinli biznesmenlərin səhmlərini aldığı “Milan” mövsümün sonunda köklü dəyişikliklər etməyi planlaşdırır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, baş məşqçi Vinçentso Montella ilə görüşən yeni rəhbərlik ondan transfer siyahısını tələb edib.
Yay fasiləsində transferlərə böyük məbləğdə pul ayıracaq “rossonyerlər”in ilk hədəfi Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq və “Real”ın forvardı Alvaro Moratadı. Montella bu cütlük transfer ediləcəyi təqdirdə komandanın hücumçusu Karlos Bakkanın satıla biləcəyini söyləyib. Çalışdırıcının gələcək planlarında kolumbiyalı oyunçuya yer yoxdu.
Qeyd edək ki, 31 yaşlı Karlos Bakka 2015-ci ildən “Milan”ın formasını geyinir.
- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi