[b]“Milan”ın futbolçusu Türkiyəyə qayıdır[/b]
07.09.2017 - 13:43
[b]“Milan”ın futbolçusu Türkiyəyə qayıdır[/b]

“Milan”ın futbolçusu Xose Sosa karyerasını yenidən Türkiyədə davam etdirəcək. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, argentinalı yarımmüdafiəçi “Trabzonspor”la anlaşıb.

 

“Bordo-mavililər”in uzun müddətdi danışıq apardığı 32 yaşlı oyunçu, nəhayət ki, keçidə razılıq verib. Sosanın yeni komandasında illik məvacibi 3,5 milyon avro təşkil edəcək. “Milan” isə bu transferdən 3,5 milyon avro gəlir əldə edəcək. Tərəflər arasında 3 illik müqavilə imzalanacaq. 

 

İtaliya klubunun idman direktoru Massimiliano Mirabelli də yerli mətbuata açıqlamasında Türkiyə klubu ilə anlaşdıqlarını təsdiqləyib. Futbolçunun Türkiyəyə təyyarə bileti də artıq alınıb. Keçidin yaxın 2 gündə rəsmiləşəcəyi gözlənilir.

 

Qeyd edək ki, Xose Sosa “Milan”a 2016-cı ildə Türkiyənin digər klubu “Beşiktaş”dan keçib.

0