[b]“Milan”ın oyunçusu “Trabzonspor”da[/b]
07.09.2017 - 21:48
[b]“Milan”ın oyunçusu “Trabzonspor”da[/b]

“Trabzonspor” “Milan”ın futbolçusu Xose Sosa ilə razılığa gəlib. Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb. Bildirilib ki, Qaradəniz təmsilçisinin 32 yaşlı yarımmüdafiəçi ilə razılığa gəlib, keçid tezliklə rəsmən açıqlanacaq.

 

Bir neçə gün öncə “Milan”ın idman direktoru Massimiliano Mirabelli İtaliya mətbuatına açıqlamasında Sosanın keçidi ilə bağlı “Trabzonspor”la hərtərəfli razılığa gəldiklərini, geriyə yalnız futbolçunun özünün razılığının qaldığını bildirmişdi.

 

Qeyd edək ki, Sosa ötən mövsümdə “Milan”da 19 oyunda şans qazanmışdı. O, cari mövsümdə heç bir oyunda meydana çıxmayıb.