[b]“Mourinyo kimi məşqçi 2 dəfə bu klubdan qovulubsa...”[/b]
18.04.2016 - 17:47
[b]“Mourinyo kimi məşqçi 2 dəfə bu klubdan qovulubsa...”[/b]

“Siz dünya və Avropa çempionu, dünyanın ən güclü məşqçisi ola bilərsiz. Ancaq bütün bunlar “Çelsi”də mütləq uğur qazanacağınızı deməyə əsas vermir”. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, bunu braziliyalı məşqçi Luis Felipe Skolari deyib.

 

Hazırda Çinin “Quançjou Everqrand” klubunu çalışdıran təcrübəli mütəxəssis “Çelsi”də işləməyin çətinliyindən danışıb.

 

Vaxtilə “zadəganlar”ın baş məşqçisi olmuş Skolari yayda London klubunun “sükanı” arxasına keçəcək Antonio Konteyə məsləhətlərini verib: “Mourinyo kimi uğurlu və ağıllı məşqçi 2 dəfə bu klubdan qovulubsa, deməli, orda işləmək, həqiqətən, çətindi. Bunu anlamaq olduqca asandı. Şəxsən mən indiki məqamda “Çelsi”ni çalışdırmağa razı olmazdım. Çünki Çində özümü xoşbəxt hiss edirəm”.

 

Qeyd edək ki, Skolari 2008-2009 mövsümündə “Çelsi”nin baş məşqçisi olub.