“Qalatasaray”ın belçikalı futbolçu Maruan Fellainini istəməsinə “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo münasibət bildirib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı çalışdırıcı bu keçidin mümkünsüz olduğunu deyib.
O, Fellaininin klub üçün çox vacib oyunçu olduğunu vurğulayıb: “Joze Mourinyonun “Qalatasaray”a keçməsi daha real variantdı, nəinki Fellaininin. Əgər baş məşqçi axtarırlarsa, bəlkə də bir şansları var, ancaq Maruan? Bunu unudun”.
Qeyd edək ki, “Qalatasaray” rəsmisi Cenk Ergün Belçika millisinin üzvü ilə danışıq apardıqlarını və ilkin razılıq əldə etdiklərini demişdi.
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
- “Messi ilə şəkil də çəkdirə bilmədik” – Benin millisindən narazılıq
- “Liverpul” və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurdu
- Kofane “Bayer”lə danışıqları dayandırdı