Transfer çalışmalarını davam etdirən “Qalatasaray” daha bir futbolçu ilə ortaq məxrəcə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “cim-bom” bu dəfə müdafiə xəttini gücləndirib.
Bir neçə gün əvvəl “Svensi”nin hücumçusu Bafetimbi Qomislə ilkin razılıq əldə edən “sarı-qırmızılılar”ın indi də “Napoli”nin müdafiəçisi Vlad Kirikeşlə danışıqları müsbət nəticələnib. İtaliya klubu ilə 2019-cu ilə qədər müqaviləsi olan Rumıniya millisinin üzvünün transferi istanbullulara 3 milyon avroya başa gələcək. Çünki neapollular əsas heyətə düşməkdə çətinlik çəkən 27 yaşlı oyunçunun müqabilində qarşı tərəfin 3 milyon avroluq təklifini qəbul ediblər. Yeni komandası ilə 3 illik müqavilə imzalayacaq Kirikeşin mükafatlarla birlikdə illik qazancı 2,5 milyon avro təşkil edəcək.
Müdafiənin mərkəzi ilə yanaşı, sağ cinahında da oynamağı bacaran Kirikeşin keçidi iyunun 10-dan sonra rəsmən açıqlanacaq. Çünki hazırda Rumıniya yığmasının düşərgəsində olan futbolçu həmin gün DÇ-2018-in seçmə mərhələsində Polşa ilə qarşılaşmada iştirak edəcək.
Qeyd edək ki, “Napoli”yə 2015-ci ildə 7 milyon avro qarşılığında “Tottenhem”dən keçən Vlad Kirikeş ötən mövsüm 16 oyunda iştirak edib, aktivinə 2 qol yazdırıb.
- AÇL: Yusuf fərqləndi, “Əl-Hilal” qələbə qazandı
- “Nottingem”in yeni baş məşqçisi bəlli olub - RƏSMİ
- “Bavariya” rəhbərliyi qərarını verdi: Kompani ilə yola davam
- Okan Buruk: "Sinqonun sağalması üçün ən azı iki həftə lazımdır"
- "Atletik"in baş məşqçisi: "9:0 hesabı ilə qalib gələcəyimiz haqda deyilənlər dəhşətdir"