“Aue” klubunun futbolçusu Paskal Köpke II Bundesliqanın XXVIII turunda “Reqensburq”la keçirilən matçı dəyərləndirib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, 23 yaşlı forvard güclü rəqib üzərində qələbəni hücum xətti ilə əlaqələndirib.
O, qarşılaşmada mərkəz hücumçusu kimi çıxış edən Azərbaycan millisinin üzvü Dmitri Nazarovun bunda əməyinin böyük olduğunu vurğulayıb: “Meydana çıxanda məqsədimiz qələbə qazanmaq olur. “Reqensburq” üzərindəki qalibiyyətimiz gözlənilməz deyildi. Çünki hücumda Dmitri Nazarov kimi usta futbolçuya sahibik. Həmçinin, Rici Munsi və mən də sürətimiz hesabına komandaya kömək etməyə çalışırıq”.
Qeyd edək ki, “Aue”nin səfərdə 3:1 hesabı ilə qalib gəldiyi görüşdə Köpke 2, Munsi isə 1 qola imza atıb.