“ASAN Məktub” layihəsinə dəstək verən “Neftçi”nin təşkilatçılığı ilə bu gün 8-ci km qəsəbə stadionunda tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, sosialyönlü fəaliyyətə xüsusi önəm verən paytaxt təmsilçisi yeni il ərəfəsində “ASAN Məktub” layihəsi çərçivəsində 12 uşağın arzusunu gerçəkləşdirib.
Arenada qonaq olan uşaqlar əvvəlcə “Neftçi”nin muzeyi və ev oyunlarını keçirdiyi stadionla tanış olublar. Daha sonra onlar “ağ-qaralar”ın futbolçuları ilə yaşıl meydana çıxıblar.
Ardından “ASAN Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova, “Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov, komandanın baş məşqçisi Tərlan Əhmədov, futbolçuları Rəhman Hacıyev, Rəşad Əzizli, Ömər Buludov, Elnur Cəfərov, Elnur Süleymanov, “Neftçi”nin U-10 komandasının baş məşqçisi İslam Kərimov, “Forza Neftçi” fan-klubunun rəhbəri Sübhan Əliyev və “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli uşaqlara mükafatları təqdim ediblər.