[b]“Neftçi” 3-cü yoxlama oyununda da uduzdu[/b]
27.06.2015 - 20:45
[b]“Neftçi” 3-cü yoxlama oyununda da uduzdu[/b]

“Neftçi”nin Avstriyadakı hazırlıqları bu gün başa çatacaq. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” hazırlığın son günündə Donetsk “Şaxtyor”u ilə yoxlama oyunu keçirib.

 

Bu görüş “flaqman”ın hazırlıq müddətində 3-cü yoxlama oyunudu.

 

Samir Əliyevin yetirmələri digər iki oyunda olduğu kimi bu dəfə də qarşılaşmadan məğlub ayrılıb.

 

1:0 hesabı ilə qalib gələn donetsklilərin qoluna matçın 81-ci dəqiqəsində Sergey Bolbat imza atıb.

 

Xatırladaq ki, "Neftçi" bundan əvvəl Macarıstanın MTK klubuna 0:3, Albaniyanın "Kukesi" klubuna isə 0:2 hesabı ilə uduzub.