[b]“Neftçi” 450 min avroluq təklifə niyə rədd cavabı aldı?[/b]
31.05.2018 - 14:16
[b]“Neftçi” 450 min avroluq təklifə niyə rədd cavabı aldı?[/b]

“Neftçi”nin rumıniyalı Marius Şumuditsaya təklifinin təfərrüatları bəlli olub. Apasport.az-ın Rumıniya mətbuatına istinadən məlumatına görə, mütəxəssis bakılıların 450 min avroluq maaş təklifini rədd edib.

 

“Kayserispor”un sabiq çalışdırıcısının Azərbaycan klubuna “yox” deməsi iki səbəblə əlaqələndirilib.

 

Birincisi, “Neftçi”nin Avropa Liqasına vəsiqə qazanmasına baxmayaraq, büdcəsinin “Kayserispor”dakıdan az olmasıdı.

 

Digər səbəb isə maaşdı. Məsələ burasındadı ki, Şumuditsa bu ayın ortalarında vidalaşdığı Türkiyə klubunda ilinə 450 min avro qazanırdı. Superliqa təmsilçisi məşqçilər korpusuna ümumilikdə 700 min avro xərc çəkirdi. “Neftçi” isə 450 min avronu Şumuditsanın təkcə özünə yox, ümumilikdə məşqçilər korpusuna təklif edib.

 

Rumıniya başda olmaqla, bir neçə Avropa klubunun maraq dairəsində olan Şumuditsanın ilk hədəfinin Türkiyə komandalarından birinə keçmək olduğu bildirilir.

 

0