[b]“Neftçi” – “Xəzər Lənkəran” matçına maraq yoxdu[/b]
08.09.2014 - 15:28
Topaz Premyer Liqasının V turunun 2 oyunu canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, “İdman Azərbaycan” kanalı həftəsonu baş tutacaq 5 qarşılaşmadan ikisini televiziya tamaşaçılarına təqdim edəcək.
Diqqətdən kənar qalan 3 oyundan biri isə turun mərkəzi görüşüdür. Belə ki, “Neftçi” və “Xəzər Lənkəran” arasında Bakıda baş tutacaq qarşılaşma yayımlanmayacaq.
13 sentyabr (şənbə)
21:00. AZAL – “Qarabağ”
14 sentyabr (bazar)
17:30. “Bakı” – “Sumqayıt”
0
0