Növbəti mövsüm Avropa Liqasında iştirak edəcək “Neftçi”nin yay təlim-məşq toplanışı üçün proqramı məlum olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” iyunun 17-də bir araya gələcəklər.
Mövsümü titulsuz başa vuran paytaxt təmsilçisi iyunun 18-də toplanış üçün Avstriyaya yollanacaq. Yeni baş məşqçi Samir Əliyevin rəhbərliyi altında komanda 10 günlük toplanış keçəcək. Bu müddətdə “Neftçi” 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Belə ki, iyunun 21-də, 24-də və 27-də Əliyev yetirmələrini sınaqdan keçirəcək.
Artıq bir sparrinq-rəqibin adı da bəllidi. Komanda ayın 27-də Donetsk “Şaxtyor”u ilə münasibətlərinə aydınlıq gətirəcək. Digər iki rəqibin kimliyi isə yaxın günlərdə bilinəcək.
Qeyd edək ki, “Neftçi” Avropa Liqasında ilk oyununu iyulun 2-də keçirəcək.