[b]“Neftçi” "Səbail"lə oyunun hazırlığını davam etdirir[/b]
28.03.2018 - 15:13
[b]“Neftçi” "Səbail"lə oyunun hazırlığını davam etdirir[/b]

"Neftçi” Premyer Liqanın XXI turunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, həftəsonu "Səbail”lə görüşəcək “ağ-qaralar” bu gün İsmət Qayıbov adına təlim-məşq bazasında məşq keçib.

 

Hazırlıq prosesində milli komandaların üzvləri iştirak etməyiblər. Belə ki, yığmaların düşərgəsində olan futbolçular hələlik "Neftçi”yə qoşulmayıblar.

 

Qeyd edək ki, "Neftçi” – "Səbail” matçı aprelin 2-də 8-ci km qəsəbə stadionunda keçiriləcək.