[b]“Neftçi” antirekorda şərik çıxdı[/b]
24.04.2018 - 15:04
[b]“Neftçi” antirekorda şərik çıxdı[/b]

Topaz Premyer Liqasında 2017/18 mövsümünün antirekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, XXIV turun “Qəbələ” ilə görüşünü (1:0) azlıqda başa vuran “Neftçi” qırmızı vərəqə sayında “liderlər”ə çatıb.

 

Belə ki, Emin Mahmudov “ağ-qaralar”ın cari çempionatda meydandan qovulan 4-cü oyunçusudu. Onadək Mirabdulla Abbasov, Derlis Meza Kolli və Rəşad Sadiqov da qırmızı vərəqə görüb.

 

Bu göstəricidə “4”ə çatan “Neftçi” “Qarabağ”la “Keşlə”nin nəticəsini təkrarlayıb. Hərəyə 4 futbolçusu qırmızı vərəqə alan bu üç komandanı “Qəbələ” izləyir – 3 dəfə.

 

“Zirə”nin 2, “Kəpəz”in 1 futbolçusu meydandan qovulub. “Səbail” və “Sumqayıt” hələlik belə ağır cəzaya məruz qalmayıb.