[b]“Neftçi” axtardığı məşqçini tapdı: Ketsbaya cavab verməyə tələsmir[/b]
30.05.2018 - 17:35
[b]“Neftçi” axtardığı məşqçini tapdı: Ketsbaya cavab verməyə tələsmir[/b]

Rumıniyalı Marius Şumuditsanın imtinasından sonra məşqçi axtarışlarını davam etdirən “Neftçi” rəhbərliyi bu dəfə Gürcüstana üz tutub. Apasport.az saytının əldə etdiyi məlumata görə, “ağ-qaralar” müqaviləsinin müddətini artırmaq istəmədiyi Tərlan Əhmədova əvəzləyici tapıb.

 

Belə ki, paytaxt təmsilçisi Gürcüstan millisinin sabiq futbolçusu və baş məşqçisi Temuri Ketsbayanı baş məşqçi postuna gətirmək niyyətindədi. “Neftçi” artıq 50 yaşlı mütəxəssislə danışıqlara start verib və ondan qısa zamanda cavab verməsini istəyib. Çalışdırıcı isə yekun qərar verməyə tələsmir.

 

Qeyd edək ki, futbolçu karyerasında “Nyukasl”, “Dinamo” (Tiflis), “Dandi”, AEK, “Anortosis” kimi klublarda çıxış edən Ketsbaya məşqçiliyə Kiprdə başlayıb. “Anortosis”lə bir sıra tarixi uğurlara imza atan gürcüstanlı “Olimpiakos”, APOEL, AEK və “Orenburq” klublarını, həmçinin ölkəsinin əsas yığmasına rəhbərlik edib.