Azərbaycan Kuboku tarixində yarımfinala hamıdan çox yüksələn komanda olan “Neftçi” rekordunu yeniləyib. Apasport.az saytının məlumatına görə, cari mövsümün 1/4 finalında “Xəzər Lənkəran”ı mübarizədən kənarlaşdıran paytaxt təmsilçisi 15-ci dəfə ən yaxşı 4 komanda arasında düşüb.
Bu göstəricidə 2-ci olan “Qarabağ” isə 13-cü dəfə 1/4 final səddini adlayıb. Ağdam klubu “Sumqayıt”ı iki dəfə məğlub edib – 2:0, 4:1.
9-cu dəfə yarımfinala yüksəlməyi bacaran “İnter” isə bununla da 3-cü pilləyə yiyələnib. Bunadək “Xəzər Lənkəran” və “Bakı” ilə eyni sayda uğuru olan “bankirlər” şəriklərini arxada qoymaq üçün “Rəvan”ı kubokdan kənarlaşdırıb – 1:2, 3:0.
“Zirə”ni hər iki oyunda üstələyən (2:1, 5:1) “Qəbələ” 4-cü dəfə finalın bir addımlığındadı. “Kəpəz”dən (5 yarımfinal) geri qalan “qırmızı-qaralar” bu göstəricidə 7-cidi.
Qeyd edək ki, 23-cü dəfə müəyyənləşən yarımfinal “dördlüy”ündə indiyədək 27 klub yer alıb.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib