Topaz Premyer Liqasının X turu “Neftçi” üçün məhsuldar alınıb. Apasport.az saytının məlumatına görə, “Bakı”nı 3:1 hesabı ilə məğlub edən “ağ-qaralar” son mövsümdə ilk dəfə bir oyuna 3 və daha çox qol vurub.
Çempionatın I dövrəsinin 8 oyununda 6 qolla antirekordçu olan bakılılar 2014-cü ildə cəmi 1 dəfə belə məhsuldarlıq göstərmişdi. “Neftçi” fevralın 9-da baş tutan 2014-cü ilin ilk oyununda “Simurq”u 3:0 hesablı ilə məğlub edəndən sonra qol vurmaqda çətinlik çəkirdi.
Ötən çempionatın son 17, cari mövsümün ilk 8 görüşündə paytaxt təmsilçisi “2”dən artığını görmürdü. 262 gündən sonra bu uğursuzluğa son qoyan “Neftçi” mövsümün startından ilk dəfə müsbət balansa malik olub – 9:8.
- “Trabzonspor”dan Vitor Pereyra həmləsi – Danışıqlar başlayıb
- Türk Hava Yolları “Liverpul”a sponsor oldu - 5 il üçün 300 milyon funt
- “Göztepe”nin qapıçısından azarkeşlərə təhdid: “Bir gün küçədə qarşılaşacağıq”
- “Real”da Arda Güler problemi – “Mbappe və Vinisiusdan qorxur”
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA