[b]“Neftçi” ikinci oyununda da uduzdu[/b]
24.06.2015 - 21:39
[b]“Neftçi” ikinci oyununda da uduzdu[/b]

Hazırlıqlarını Avstriyada davam etdirən “Neftçi” ikinci yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” Albaniyanın “Kukesi” klubu ilə qarşılaşıb.

 

"Flaqman" ikinci oyununda da məğlub olub.

 

Samir Əliyevin yetirmələri bu dəfə 0:2 hesabı ilə uduzub.

 

Qeyd edək ki, ilk yoxlama matçında Macarıstanın MTK klubu ilə qarşılaşan “Neftçi” 0:3 hesabı ilə məğlub olmuşdu.