Topaz Premyer Liqasının XXII turunun ikinci oyun günü daha bir futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, “Neftçi”nin müdafiəçisi Ruslan Abışov mövsümdə 4-cü dəfə xəbərdarlıq alıb.
Bu, “Sumqayıt”la 2:2 hesablı heç-heçə ilə nəticələnən matça təsadüf edib. Maraqlıdı ki, Abışov aldığı vərəqələrdən 3-nə məhz bu rəqiblə matçlarda üzülüb. O, sumqayıtlılarla son üç görüşdə cəzalanıb.
“Ağ-qaralar”ın kapitanı aprelin 15-də keçiriləcək “Zirə” ilə səfər matçında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, turun ilk günü “Kəpəz”in futbolçusu Samir Zərgərov cəzalı duruma düşmüşdü.