[b]“Neftçi” milli üzvü ilə anlaşdı![/b]
23.06.2015 - 00:29
[b]“Neftçi” milli üzvü ilə anlaşdı![/b]

Avstriyada hazırlıqlarını davam etdirən “Neftçi” daha bir futbolçunu transfer edib. Apasport.az saytının məlumatına görə, "Sumqayıt"ın hücumçusu Məhəmməd Qurbanov növbəti 2 ildə "Neftçi"nin şərəfini qoruyacaq.

 

Milli komandamızın üzvü yeni komandasında 14 nömrəli formanı geyinəcək.

 

Gənc oyunçu “Neftçi”yə keçidi ilə bağlı klubun rəsmi saytına açıqlama verib:

 

“Neftçi” Azərbaycanın ən köklü klubudur. Təbii ki, hər bir futbolçu iddialı komandada oynamaq istəyər. Mən də istisna deyiləm. Çalışacağam ki, “Neftçi”də özümü ən yaxşı tərəfdən göstərim. Bu milli komanda karyerama da müsbət təsir edəcək. Qarşıda bizi yoxlama oyunları və ən əsası Avropa Liqası turniri gözləyir. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədlərə çatacağıq”.