[b]“Neftçi” üçün uğursuz, “Qarabağ” üçün uğurlu tarix[/b]
31.07.2017 - 13:00
[b]“Neftçi” üçün uğursuz, “Qarabağ” üçün uğurlu tarix[/b]

Azərbaycan çempionu “Qarabağ” sabah Çempionlar Liqasında III təsnifat mərhələsində cavab oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, Moldovada “Şerif”in qonağı olacaq Ağdam təmsilçisinədək iki dəfə komandamız öz matçını avqustun 1-də keçirib.

 

Qurban Qurbanovun yetirmələrinin özü də bu tarixdə qüvvəsini sınayıb. 4 il əvvəl Avropa Liqasında mübarizə aparan ağdamlılar İsveçin “Gefle” klubunu qəbul edib. Bakıda keçirilən matçda təmsilçimiz 1:0 hesabı ilə qalib gəlib.

 

Avqustun 1-də uğur qazanan “Qarabağ” bu dəfə səfərdə oynayacaq. Həmin tarixdə rəqib meydanında çıxış edən ilk klubumuz isə “Neftçi” olub.

 

Bakılılar 5 il əvvəl İsraildə Kiryat-Şmona “Hapoel”i ilə qarşılaşıb. Həmin matçda da meydan sahibləri qalib gəlib. İsraillilər çempionumuzu 4 cavabsız qolla darmadağın edib.