“Neftçi” Topaz Premyer Liqasının XXIII turu çərçivəsində “Zirə” ilə keçirəcəyi oyunun hazırlığına sabah start verəcək. Klubdan apasport.az saytına verilən məlumata görə, ötən həftə “Qarabağ”a uduzan “ağ-qaralar” dünən bərpaedici məşqlə kifayətləndikləri halda, bu gün istirahət edəcəklər.
Paytaxt klubunun heyətlə bağlı problemləri qalmaqdadı. Məsələ burasındadı ki, ötən turu buraxan Məqsəd İsayev və Məhəmməd Qurbanovun “Zirə” ilə görüşdə də iştirakı sual altındadı. Müalicə olunan hər iki futbolçu sabah növbəti dəfə tibbi müayinədən keçəcək və zədələrinə tam aydınlıq gələcək.
“Neftçi”nin heyət problemi bununla bitmir. Dişindəki ağrılarla əlaqədar, “Qarabağ”la matçda komandasına kömək edə bilməyən Cavid İmamverdiyevin də vəziyyəti qaranlıq olaraq qalır. Onun “Zirə” ilə qarşılaşmada forma geyinib-geyinməyəcəyi hələ dəqiq bilinmir.
Bunların fonunda cəzalı futbolçunun olmaması baş məşqçi Əsgər Abdullayevi sevindirir.
Qeyd edək ki, 22 turdan sonra 31 xal toplayan “Neftçi” turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”