[b]“Neftçi”də ay yarımlıq həsrət bitdi[/b]
19.05.2015 - 12:09
[b]“Neftçi”də ay yarımlıq həsrət bitdi[/b]

Topaz Premyer Liqasında bürünc medala iddiasını davam etdirən və ölkə kubokunda finala yüksələn “Neftçi”də kapitan Flavinyo sıraya dönüb. Klubdan apasport.az saytına verilən məlumata görə, braziliyalı yarımmüdafiəçi zədəsini sağaldıb.

 

Ay yarımdı komandasına kömək edə bilməyən “sambaçı” artıq kollektivə qoşulub. Həmçinin, Almaniyada “mensk” əməliyyatı keçirən müdafiəçi Məqsəd İsayev də komanda ilə birlikdə məşqlərdə iştirak edir. Hər iki futbolçu Topaz Premyer Liqasının XXXV turu çərçivəsində “Bakı” ilə mayın 22-də baş tutacaq qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

 

Hazırda paytaxt klubunda yalnız müdafiəçi Denis Silva zədədən əziyyət çəkir.

 

Qeyd edək ki, Məqsəd İsayev martın 26-da U-21 yığmamızın heyətində olarkən, Flavinyo isə aprelin 9-da Premyer Liqanın XXIX turu çərçivəsində “Xəzər Lənkəran”la matçda zədələnmişdi.