Azərbaycan kubokunun finalına vəsiqə qazanan “Neftçi” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi “Qarabağ”la həlledici qarşılaşmaya Aylton Silvasız çıxacaq.
Braziliyalı legioner mayın 25-də keçiriləcək final matçını cəza üzündən buraxacaq. Buna onun mövsümdə 2-ci sarı vərəqəsini alması səbəb olub.
“Qəbələ” ilə yarımfinalın cavab matçında (1:1, pen.3:4) xəbərdarlıq alan Aylton ilk belə cəzasını 1/8 finalda görmüşdü. O, “Qaradağ-Lökbatan”la (8:0) matçda sarı vərəqə görmüşdü.
Braziliyalı final matçını cəza üzündən buraxacaq yeganə oyunçudu. Belə ki, “Qarabağ”ın heyətində belə futbolçu yoxdu.