[b]Flavinyo "Neftçi"dən getdi![/b]
14.07.2015 - 18:38
[b]Flavinyo "Neftçi"dən getdi![/b]

“Neftçi” klubu braziliyalı futbolçu Flavinyo ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bu barədə klub saytı xəbər yayıb.

 

2010-cu ildə Braziliyanın "Qremio" klubundan "Neftçi"yə transfer olunmuş Flavinyo komandanın heyətində 174 oyun keçirib. Bu qarşılaşmalarda 38 dəfə rəqib qapısına yol tapmış futbolçu "Neftçi"nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olub.

 

“Ağ-qaralar”ın heyətində avrokuboklarda 22 oyun keçirmiş Flavinyo Avropa Liqası turnirinin qrup mərhələsində də çıxış edib.