[b]“Neftçi”dən ayrıldı, “Keşlə”yə keçdi[/b]
22.12.2017 - 11:44
[b]“Neftçi”dən ayrıldı, “Keşlə”yə keçdi[/b]

“Neftçi” qış fasiləsində daha bir futbolçu ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına klubun baş meneceri Eldəniz Yusifov məlumat verib.

 

O bildirib ki, Pavel Dreksa, Fəhmin Muradbəyli, Rahil Məmmədov və Edson Kastilyodan sonra Məqsəd İsayevin də “Neftçi”dən gedişi rəsmiləşib. Digər yerli oyunçulardan fərqli, İsayevlə yollar birdəfəlik ayrılıb.

 

Cinah müdafiəçisi gözlənildiyi kimi, karyerasını “Keşlə”də davam etdirəcək. Artıq tərəflər arasında hərtərəfli razılıq əldə olunub.

 

“Keşlə”dən ayrılan İlkin Qırtımov isə əks istiqamətə yönələcək. Onun “Neftçi”yə keçidi məsələsi yanvarın əvvəllərində rəsmən həllini tapacaq.