[b]“Neftçi”dən daha bir yubiley[/b]
04.04.2017 - 12:05
[b]“Neftçi”dən daha bir yubiley[/b]

Azərbaycan kubokunun sabah keçiriləcək yarımfinal mərhələsinin cavab oyunu “Neftçi” üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, səfərdə “Qarabağ”la üz-üzə gələcək paytaxt təmsilçisi yarışda 150-ci matçına çıxacaq.

 

Ölkə kubokunda ən çox oyun keçirən klub olan “ağ-qaralar”ın hesabında indiyədək 149 matç var. Bakılılar 1992-ci ildən bu turnirdə mübarizə aparan “Neftçi” 25 ildə 86 qələbə qazanıb.

 

Hesabında 32 heç-heçə və 31 məğlubiyyət olan paytaxt təmsilçisi prinsipial rəqibi ilə görüşdə qalib gəlməyə çalışacaq. Bu il 80 yaşını qeyd edən bakılılar 150-ci matçadək rəqib qapılarından 244 top keçirib. Öz qapısında 96 qol görən “Neftçi”nin top fərqində texniki nəticələr əks olunmayıb.

 

Qeyd edək ki, “Qarabağ” – “Neftçi” oyunu sabah keçiriləcək.

0