“Neftçi” Azərbaycan milli komandasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilə zamanı ikinci yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, əvəzedici heyətlə oyun əsas komandanın 5:1 hesablı qələbəsi ilə nəticələnib.
İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutan görüşdə əsas komandanın qollarını Daniel Seqoviya, Derlis Meza Kolli, Uqo Barqas, Elnur Cəfərov və Namiq Ələskərov vurublar. Əvəzedici komandadan isə Qədir Bayramlı fərqlənib.
“Ağ-qaralar”ın əsas komandası oyunu bu heyətlə keçirib: Rəşad Əzizli, Pavel Dreksa, Kirilo Petrov, Məqsəd İsayev, Anton Krivotsyuk, Ruslan Abışov, Kənan Mirzəliyev, Ömər Buludov, Rəhman Hacıyev, Derlis Meza Kolli, Daniel Seqoviya.
Sənan Əlizadə, Mateo Mujek, Namiq Ələskərov, Uqo Barqas, Fəhmin Muradbəyli, Məhəmməd Mirzəbəyov, Tərzin Cahangirov, Elnur Cəfərov isə sonradan meydana daxil olublar.
Əvəzedici komandada isə Maksim Vaylo, Elvin Sərkərov, Azər İsmayılov, Rəhman Daşdəmirov, Şöhrət Yusifov, Qədir Bayramlı, Orxan Sabirbəyli, Heydər Babayev, Cavidan Qasımlı, Əli Şirinov, Tural Əliyev start heyətində yer alıbsa, Elvin İmanlı, Fərid Mahmudov, Ruzigar İbrahimzadə, Xəyal Tomarov, Murad Hüseynov sonradan oyuna qoşulub.
Qeyd edək ki, “Neftçi” ilk yoxlama oyununda MOİK-ə 3:0 hesabı ilə qalib gəlmişdi.